RU

DYP küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsibölgələrdə küləkli hava şəraiti ilə əlaqədar hərəkətiştirakçılarına müraciət edib.

Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə daxil olan məlumatdadeyilir:

"Hazırda bölgələrdə müşahidə olunan küləkli hava şəraiti iləəlaqədar sürücülərdən, hərəkət iştirakçılarından yollardaxoşagəlməz hallarnan qarşılaşmamaq üçün yol nəqliyyat hadisələrininbaş verməməsi üçün yol hərəkəti qaydalarına ciddi yanaşmağı, araməsafəsini normada saxlamağı, meteoroloji şəraitə uyğun sürət həddiseçməli, eləcə də nəqliyyat vasitələrini parklayarkən ağacların,iri həcmli reklam lövhələrinin, habelə küləyin təsiri nəticəsindəaşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və yaatında saxlamamalıdırlar.

Bununla yanaşı, güclü küləyin əsməsini nəzərə alaraq, piyadalarda yollarda və küçələrdə təhlükəsizlik tədbirlərinə daha ciddiriayət etsinlər, əsasən də hündürmərtəbəli binaların yaxınlığındahərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər.

Bütün hərəkət iştirakçılarına həyat və sağlamlıqlarınınqorunması, həmçinin avtomobillərinə hər hansı ziyan dəyməməsi üçünson dərəcə diqqətli və ehtiyatlı olmaq tövsiyə edilir".

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
48
37
az.trend.az

10Источники