AZ

Yol polisindən küləkli hava ilə bağlı müraciət

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bölgələrdə küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

Sitat.info müraciətin mətnini təqdim edir:

"Hazırda bölgələrdə müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar sürücülər, hərəkət iştirakçıları yollarda xoşagəlməz hallarla qarşılaşmamaq, yol nəqliyyat hadisələrinin baş verməməsi üçün yol hərəkəti qaydalarına ciddi yanaşmalı, ara məsafəsini normada saxlamalı, meteoroloji şəraitə uyğun sürət həddi seçməli, eləcə də nəqliyyat vasitələrini parklayarkən ağacların, iri həcmli reklam lövhələrinin, habelə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar.

Bununla yanaşı, güclü küləyin əsməsini nəzərə alaraq, piyadalar da yollarda və küçələrdə təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etməli, əsasən də hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçməlidirlər.

Bütün hərəkət iştirakçılarına həyat və

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
37
sitat.info

10Mənbələr