İtaliya millisinin sabiq üzvü Roberto Baccionun evinə silahlı basqın olub
"Operativ Media" xəbər verir ki, Roberto Baccio ötən gecə ailəsi ilə evdə İspaniya-İtaliya matçına baxarkən hücuma məruz qalıb.
İtalyan əfsanəsi quldurların evinə girməsinə mane olmağa çalışsa da, döyülüb. Hücum edənlərdən biri silahın qundağı ilə Baccionun başına zərbə endirib.
Sabiq futbolçu xəstəxanaya yerləşdirilib.