Ağdam şəhərində 6 yaşayış binası tikiləcək.
“Ölkə.Az”ın məlumatına görə, bununla bağlı Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti hazırlıqlara başlayıb.
3,4,5,6,7 mərtəbəli binalar 2 nömrəli yaşayış massivi, 6-cı məhəllə üzrə 126 mənzildən ibarət (2,3,4,5 otaqlı) olacaq.
Tikinti işləri “El-Seym İnşaat” QSC tərəfindən həyata keçiriləcək və şirkətə 17 mln 980 min 774 manat ödöəniş ediləcək.
Könül
Ölkə.Az