AZ

Azərbaycanda növbəti “ağıllı kənd”lə bağlı 130 milyonluq layihənin icrasına başlanılır

Füzuli rayonunun Dövlətyarlı kəndində bərpa və quruculuq işləri sürətlə davam etdirilir.

İqtisadiyyat.az xəbər verir ki, kənd üzrə fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiyaları sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik və rabitə şəbəkəsi), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinə başlanılır.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı hazırlıqlara start verib. 

Layihəyə uyğun olaraq, burada birmərtəbəli 2, 3, 4 və 5 otaqlı fərdi yaşayış evləri, bir və ikimərtəbəli ictimai binalar, birmərtəbəli 120 yerlik uşaq bağçası, ikimərtəbəli 360 yerlik məktəb binası və s inşa ediləcək.

Dövlət Xidməti layihənin 130 milyon manata başa gələcəyini ehtimal edir.

Qeyd edək ki, Dövlətyarlı kəndi “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulur. Prezident İlham Əliyev 2021-ci ildə bu kənddə yeni salınacaq “Ağıllı kənd”in təməlini qoyub. Bu, Zəngilanın Ağalı kəndindən sonra işğaldan azad edilmiş ərazilərdə ikinci belə layihədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
50
iqtisadiyyat.az

10Mənbələr