Bugünkü rəqəmlərə baxsaq görərdik ki, hər il yüzlərlə nikaha girmək istəyənlər arasında təhlükəli xəsətliklər aşkar olunur. Əgər həmin şəxslər evlənsəydi, xəstə uşaqları doğulardı.
E-saglam.az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin növbədənkənar sessiyası üzrə iyunun 21-də keçirilən iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə qohum nikahlarından dünyaya gələn uşaqlar arasında xəstəliyə tutulma ehtimalı 2-3, hətta 4 dəfə artıqdır. Eyni zamanda 1 % uşaqlar arasında aşkarlanan qüsurlar, qohum evliliyi nəticəsində 9 % təşkil edir.
E-saglam.az