RU

Kamal Abdullanın oğlu İŞDƏN ÇIXARILDI 

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın oğlu, Ədliyyə Nazirliyinin Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışan Mehdi Abdullayev işdən çıxarılıb. 

Bizim.Media “qaynarinfo.az”a istinadən xəbər verir ki, o, nazir Fərid Əhmədovun imzaladığı əmrlə sərəncama götürülüb. 

Belə ki, Prezidentin 4 iyun 2024-cü il tarixli Fərmanı ilə nazirlikdə struktur dəyişikliyi həyata keçirilib. 

Müvafiq dəyişikliklərə əsasən, Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti ləğv edilib. Xidmətin rəis müavini vəzifəsini tutan Mehdi Abdullayev tutduğu vəzifədən azad olunaraq, sərəncama götürülüb.
Qeyd edək ki, M.Abdullayev 2022-ci ilin iyul ayında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müşaviri vəzifəsindən azad olunaraq, sabiq ədliyyə naziri Fikrət Məmmədovun müvafiq əmri ilə sözügedən vəzifəyə təyin edilmişdi. 

Bizim.Media

Избранный
103
29
bizim.media

10Источники