RU

Qəbələyə qaçırılan 15 yaşlı qız ailəsinə qaytarıldı - YENİLƏNİB

10:24

Hacıqabuldan evlənmək məqsədilə qaçırılan 15 yaşlı qız ailəsinə qaytarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan 7News.Az-a bildirilib ki, Hacıqabul RPŞ-nin keçirdiyi tədbirlərlə Meyniman kənd sakini, 2009-cu il təvəllüdlü qızın evlənmək məqsədilə digər rayona getdiyi məlum olub.

Bildirilib ki, polis əməkdaşları tərəfindən onun yeri müəyyən olunub və tapılaraq ailəsinə təhvil verilib. Hazırda Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

Qeyd edək ki, dünən 15 yaşlı qızın Qəbələyə qaçırılması barədə məlumatlar yayılmışdı. Qanunvericiliyə əsasən, bir şəxsin iradəsinə zidd olaraq bir yerdən-başqa yerə aparılması, eləcə də yetkinlik yaşına çatmayan şəxsin nikaha daxil olması cinayət əməli sayılır.

-----------
20:15

Hacıqabulda qaçırılan 15 yaşlı qız Qəbələdə tapılıb.

7News.Az APA-ya istinadən bildirir ki, günorta saatlarında Hacıqabul rayonunun Meyniman kəndindən qaçırılan 15 yaşlı qızın Qəbələ polisi tərəfindən saxlanıldığı bildirilir. Polis həm yeniyetmə qızı, həm də onu qaçıran şəxsi saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

----------
18:33

Hacıqabulda yeniyetmə qız qaçırılıb.

7News.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Meyniman kəndində baş verib.

14-15 yaşlı qızın velosipedlə yol kənarına gəldiyi, orada velosipedi saxlayaraq maşına əyləşdiyi, avtomobilin rayon mərkəzinə doğru hərəkət etdiyi bildirilir. Onun ailə qurmaq məqsədi ilə qaçırıldığı iddia olunur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirib ki, bununla bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Hazırda araşdırmalar aparılır.

Əlavə məlumat veriləcək.

7News.Az
Избранный
72
12
7news.az

10Источники