AZ

Qəbələyə qaçırılan 15 yaşlı qız ailəsinə qaytarıldı

Hacıqabuldan evlənmək məqsədilə qaçırılan 15 yaşlı qız ailəsinə qaytarılıb.

Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, Hacıqabul RPŞ-nin keçirdiyi tədbirlərlə Meyniman kənd sakini, 2009-cu il təvəllüdlü qızın evlənmək məqsədilə digər rayona getdiyi məlum olub.

Polis əməkdaşları tərəfindən onun yeri müəyyən olunub və tapılaraq ailəsinə təhvil verilib.

Hazırda Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

Qeyd edək ki, dünən 15 yaşlı qızın Qəbələyə qaçırılması barədə məlumatlar yayılıb.

Qanunvericiliyə əsasən, bir şəxsin iradəsinə zidd olaraq bir yerdən-başqa yerə aparılması, eləcə də yetkinlik yaşına çatmayan şəxsin nikaha daxil olması cinayət əməli sayılır.

Seçilən
68
12
redaktor.az

10Mənbələr