RU

Türkiyədə yüz minlərlə ağ milçəyin eyni vaxtda uçuşu - FOTO

Türkiyənin Sakarya çayından çıxan milçəklərin "ölüm uçuşu" bu ilin əvvəlində başlayıb.   Manet.az xarici mediaya istinadən xəbər verir ki, vətəndaşlar uçuşu izləmək üçün tarixi Sakarya körpüsünə axın edib.  Həyatlarının 99 faizini sürfə kimi suda keçirən günəşböcəkləri 1-3 illik yetişmə prosesini tamamlayıbvə iyunun ortalarında ortaya çıxırblar. Adətən iyul-avqust aylarında görülən, lakin bu ilin əvvəlində ortaya çıxan minlərlə milçək, Adapazarı səmtindəki tarixi Sakarya körpüsünün işıqlandırma dirəklərinin ətrafına toplaşıb. Bir Şəkil: Yüz minlərlə ağ milçəyin eyni vaxtda uçuşu qar yağışını xatırladırdı. Körpüdən istifadə edən sürücülər milçəklərin yolu ağ bürüməsi səbəbindən sürüşkən yerdə yavaş hərəkət etməli olublar. Ərazi daha sonra bələdiyyə qrupları tərəfindən təmizlənib. Şəkil: Qeyd edək ki,cütləşən milçəklər sonradan kütləvi şəkildə ölüblər.    Fidan Əliyeva  

 

Избранный
93
manset.az

1Источники