“İnter” rəhbərliyi Simone İnzaqinin fəaliyyətindən razıdı.
Rəhbərlik baş məşqçi ilə müqaviləni yeniləmək niyyətindədi. “Sky Sports”un məlumatına görə, klub 48 yaşlı mütəxəssisə müddəti 2026 və ya 2027-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə təklif edəcək. Məşqçinin hazırkı müqaviləsi 2025-ci ilin yayında qüvvədən düşəcək.
İnzaqi “İnter”i 2021-ci ildən çalışdırır. Komanda onunla son mövsümdə İtaliya çempionu olub, iki dəfə ölkə kubokunu və üç dəfə isə İtaliya superkubokunu qazanıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта