RU

AÇ-2024: Niderland və Fransa yığmaları üz-üzə

Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, 8-ci oyun günündə daha 3 qarşılaşma baş tutacaq.

Əvvəlcə E qrupu çərçivəsində Slovakiya və Ukrayna yığmaları arasında baş tutacaq. Düsseldorf şəhərindəki qarşılaşmaya Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

Bu qrupun digər oyunu sabah Belçika və Rumıniya yığmaları arasında keçiriləcək. İlk turda Rumıniya Ukraynaya 3:0, Slovakiya isə Belçikaya 1:0 hesabıyla qalib gəlmişdi.

D qrupunun ilk oyununda Polşa yığması Avstriya millisini sınağa çəkəcək. Berlin şəhərinin ev sahibliyi etdiyi bu qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Günün daha çox maraq doğuran qarşılaşması D qrupunda yer almış Niderland və Fransa yığmaları arasında baş tutacaq. Leypsiq şəhərində keçiriləcək oyun saat 23:00-da başlayacaq.

Xatırladaq ki, ilk turda Niderland Polşanı 2:1, Fransa isə Avstriyanı 1:0 hesabıyla məğlub etmişdi.

AÇ-2024
21 iyun

E qrupu

17:00. Slovakiya – Ukrayna
Baş hakim: Maykl Oliver (İngiltərə).
Düsseldorf. “Merkur Spiel-Arena”.

D qrupu

20:00. Polşa – Avstriya
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Berlin. “Olimpiya” stadionu.

23:00. Niderland – Fransa
Baş hakim: Adam Teylor (İngiltərə).
Leypsiq. “Red Bull Arena”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
85
3
arena.az

7Источники