Almaniyada keçirilən futbol üzrə Avropa çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün qrup mərhələsi çərçivəsində daha 3 oyun baş tutub.

E qrupunda Slovakiya yığması Ukrayna millisinə məğlub olub: 1:2.

Digər iki oyun isə D qrupunda yer almış komandalar arasında baş tutub. Polşa yığması Avstriya millisinə 1:3 hesabı ilə uduzub. Günün ən gözlənilən oyununda isə Niderland və Fransa yığmaları qolsuz heç-heçəyə razılaşıb.

AÇ-2024
21 iyun

E qrupu

17:00. Slovakiya – Ukrayna 1:2 (Birinci hissə)
Baş hakim: Maykl Oliver (İngiltərə).
Düsseldorf. “Merkur Spiel-Arena”.

D qrupu

20:00. Polşa – Avstriya 1:3
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Berlin. “Olimpiya” stadionu.

23:00. Niderland – Fransa 0:0
Baş hakim: Adam Teylor (İngiltərə).
Leypsiq. “Red Bull Arena”.