RU

HadisəBakıda avtomobil işıq dirəyinə dəyərək aşıb, xəsarət alan var - FOTO

SİZİN REKLAM BURADA!055 213 76 73

Bakının Nəsimi rayonunda avtomobil qəzası qeydə alınıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Ceyhun Səlimov küçəsində baş verib.

Belə ki, “Volkswagen” markalı avtomobili yüksək sürətlə idarə edən sürücü dönmək istəyərkən sükana nəzarəti itirib.

Nəqliyyat vasitəsi əvvəlcə bordüra daha sonra işıq dirəyinə dəyərək aşıb.

Avtomobildə olan sərnişin xəsarət alıb.

Qəza nəticəsində yol infrastrukturuna o cümlədən avtomobilə ciddi ziyan dəyib.

Avtotexniki ekspertiza təyin edilib. Qəzanın dəqiq səbəbi araşdırılır.

BAKU.WS QALEREYA

Избранный
91
2
far.az

3Источники