Avro-2024-ün qrup mərhələsinin 2-ci turunda keçirilən İspaniya - İtaliya matçının (1:0) ən yaxşı futbolçusu müəyyənləşib.
QOL.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, İspaniya millisinin hücumçusu Niko Villiams qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
Ən yüksək qiyməti alan 21 yaşlı forvard 78-ci dəqiqədə Ayoze Perezlə əvəzlənib.