RU

Göygöldə baş verən qəzada xəsarət alanların kimliyi məlum olub

Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda avtomobilin aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

"Report"un məlumatına görə, qəza nəticəsində avtomobilin sürücüsü, Türkiyə vətəndaşı, 1965-ci il təvəllüdlü H.Medat, sərnişinlər - 1975-ci il təvəllüdlü R.Səmədov, 1986-cı il təvəllüdlü Ə.Əsgərov, 1975-ci il təvəllüdlü T.Səmədov və 1977-ci il təvəllüdlü F.İlyasov xəsarət alıb.

Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.

Избранный
166
avtosfer.az

1Источники