RU

Cərimələrin artırılması neqativlərin aradan qalxmasına kömək edəcəkmi? - TƏHLİL

İnzibati Xətalar Məcəlləsinə əlavə edilən 327.1-2-ci maddəyə əsasən, velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrihərəkət edər nin hərəkət edərsə 100 manat məbləğində cərimə olunacaqlar.
 
Bununla bağlı məlumat məcəlləyə ediləcək dəyişiklikdə təklif olunub.
 
Həmçinin dəyişikliyə görə, Dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə, fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 300 manatdan 500 manatadək məbləğdə cərimə, işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs, hüquqi şəxslərə 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə tətbiq olunacaq.
 
Habelə dəyişikliyə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 "Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 100 manat məbləğində cərimə ediləcək.
 
Hazırda bu cərimə 80 manatdır.
 
Bəs cərimələrin artırılması baş verən neqativlərin aradan qalxmasına kömək edəcəkmi?
 
Deputat Elnur Allahverdiyev hesab edir ki, cərimələr olmalıdır ki, neqativlər olmasın, qaydalar pozulmasın.
 
"Cərimələrin artırılmasında insan faktoru dayanır. Çünki insanlar 20 manat cərimədi ödəyəcəm deyib gedib qayda pozurlar. İki qat artım edirlər ki, bəlkə adamlar cibində azalma görər, ondan sonra anlayar. Bizə ən yaxın Türkiyəyə baxsaq, orada olan cərimələr demək olar ki, Avropanın çox ölkəsində yoxdu. Cərimələr dünyada belədir. Maaş hesablamasına baxanda Avropada ortalama maaş 900 Evro civarındadırsa, cərimələr 500-400 Evrodur. Bu çox normal birşeydir. Cərimələr olmalıdır ki, qaydaları pozmasınlar. Bu hamlmızın təhlükəsizliyi üçündür”, - deputat deyib.
 
Nəqliyyat eksperti Elməddin Muradlı bildirir ki, cərimələrin artımında heç bir əsas yoxdur, əsas cərimə mexanizminin düzgün tətbiqidir.
 
"Bəzi cərimələrin (səkilərdə avtomobil park edən, avtobus dayanacağına daxil olan sürücülər, velosiped zolaqlarında avtomobil saxlayan, taksi duracaqlarında digər nəqliyyat vasitlərini park edən sürücülər barəsində) artırılmasına ehtiyac var idi.
 
Taksi duracaqlarına digər nəqliyyat vasitələrinin park edilməsi taksi fəaliyyətinə mənfi təsir göstərir. Səkilərdə avtomobillərin park edilməsi ciddi xətadır, sürücülər buna yol verirlər, parkinqlərə pul ödəməmək üçün müxtəlif yerlərdə saxlayırlar. İnzibati Xətalar Məcəlləsində 327.1-ci maddədə səkidə hərəkətin qadağan edilməsi bəndinə uyğun olaraq 40 manat cərimə olunurdular, indi ayrıca bir maddədə o parklanma kimi qeyd olunursa, 60 manatla nəticələnəcək. Svetoforun qırmızı işığında çıxmaq, tam əks istiqamətə çıxmaqla hərəkət etmək 60 manat idi, ötən il 80, bu il isə 100 manat. Burada operativ şəkildə qiymət artımı var. Mən buna heç bir əsas görmürəm. Bizə cərimə mexanizminin düzgün tətbiqi vacibdir. Onu artırmaq o qədər də əhəmiyyət kəsb etməyəcək”, - ekspert deyib.
 
Nəqliyyat eksperti Aslan Əsədovhesab edir ki, cərimələr nə qədər artsa da nəqliyyatda neqativ baş verməkdə davam edəvək.
 
"Qiymətlər barəsində olan boşluqları tənzimləmək üçün bu addım atıldı. Cərimələr nə qədər artsa da, nəqliyyatda neqativ hallar yenə də olacaq. Demək olmaz ki, neqativlər aradan qalxacaq, yox olacaq. Müəyyən qədər təsir göstərə bilər. Amma bunlar aradan qalxmayacaq”, -Əsədov vurğulayıb.
 
 
Nəqliyyat eksperti, hüquqşünasƏrşad Hüseynov Facebook sosial şəbəkə hesabında qeyd edib ki, cərimələrin tez-tez artırılması heç də yaxşı hal deyil.
 
"Bu sahədə sonuncu dəfə 2023-cü ilin iyulunda, yəni 1 ildən də az bundan əvvəl bəzi cərimələr artırılmışdı. Cərimələrin belə tez-tez artırılması heç də yaxşı hal deyil.
 
Əsas hədəf tam hüquqi müəyyənliyin və bundan sonra məsuliyyətin labüdlüyünün təmin edilməsi, insanlarda yüksək hüquq mədəniyyəti və məsuliyyətli davranış tərzinin formalaşdırılması olmalıdır.
 
Artırılan cərimələrin bəziləri hazırda 10 manatdır. Bunun artırılmasını  (20 manat olacağı deyilir) başa düşmək olar. Amma ötən il 60 manatdan 80 manata qaldırılan cərimənin bir il sonra 100 manata qaldırılmasını iqtisadi və hüquqi olaraq əsaslandırmaq mümkün deyil.
 
Yaxud sürücülük hüququ olmadan idarə etmənin cəriməsinin 100 manatdan 200 manata qaldırılacağı deyilir. Maraqlıdır, görəsən kimlər 100 manata əhəmiyyətsiz baxırlar ki, belələrini bu xətadan çəkindirmək üçün bu cəriməni 2 dəfə artırmaq zərurəti var?
 
Bəzi cərimələrin tətbiqindəki qeyri-müəyyənliyi və mübahisələri aradan qaldırmaq üçün yol hərəkəti qaydalarında da ciddi dəyişikliklərə ehtiyac var”, - Hüseynov paylaşımında söyləyib.
 
Gülnar Nazimqızı
Aygün Mirakif

www.anews.az
Избранный
130
27
anews.az

10Источники