RU

NATO-nun bütün ölkələri razıdır: Rutte baş katib olacaq

NATO-nun bütün 32 ölkəsi Niderlandın Baş naziri Mark Ruttenin alyansın baş katibi vəzifəsinə namizədliyi ilə razılaşıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ-ın "Politiko" nəşri məlumat yayıb.

Məlumata görə, yeni baş katibin rəsmi təsdiqi alyansın iyulda Vaşinqtonda keçiriləcək sammitində olacaq. Rutte 2024-cü il oktyabrın 2-dən bu vəzifədə norveçli Yens Stoltenberqi əvəzləyəcək.

NATO baş katibi üzv ölkələrin konsensusu əsasında təyin edilir. Baş katibin səlahiyyət müddəti 5 ildir.

Qeyd edək ki, Niderland mediası da Ruttenin seçiləcəyini, yeganə rəqibi Rumıniya Prezidenti Yohannisin namizədliyini geri çəkəcəyini yazmışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
30
10
milli.az

10Источники