AZ

NATO baş katibi üzv ölkələrin konsensusu əsasında təyin edilir - » AzadMedia.az




NATO-nun bütün 32 ölkəsi Niderlandın Baş naziri Mark Ruttenin alyansın baş katibi vəzifəsinə namizədliyi ilə razılaşıb.

Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ-ın “Politiko” nəşri məlumat yayıb.

Belə ki, yeni baş katibin rəsmi təsdiqi alyansın iyulda Vaşinqtonda keçiriləcək sammitində olacaq. Rutte 2024-cü il oktyabrın 2-dən bu vəzifədə norveçli Yens Stoltenberqi əvəzləyəcək.

Həmçinin NATO baş katibi üzv ölkələrin konsensusu əsasında təyin edilir. Baş katibin səlahiyyət müddəti 5 ildir.
Seçilən
35
10
azadmedia.az

10Mənbələr