RU

Turan Vəlizadə rəsmən “Araz-Naxçıvan”da!

“Neftçi”nin mərkəz yarımmüdafiəçisi Turan Vəlizadə paytaxt klubundan ayrılaraq “Araz-Naxçıvan”la müqavilə bağlayıb.

Arena.az bu barədə Naxçıvan klubunun rəsmi saytına istinadən məlumat verir.

Xəbərdə bildirilir ki, “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb. Sözügedən klub Turan Vəlizadə ilə müqavilə imzalayıb. Yarımmüdafiəçi qarşıdakı 1 il ərzində “qırmızı-ağlar”ın heyətində yer alacaq.

23 yaşlı futbolçu “Neftçi”, “Keşlə”, “Şamaxı” və “Turan Tovuz” komandalarının formasını geyinib. O, karyerası ərzində 19 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin uğurları üçün də çalışıb. Turan geridə qalmış 2023/2024 mövsümündə “Neftçi”nin əvəzedici komandasının heyətində çıxış edib.

“Araz-Naxçıvan” daha öncə Ürfan Abbasov, Ülvi İsgəndərov, Ömər Buludov və Tərlan Əhmədlini də heyətinə qatmışdı. Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriqes, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli və Miço Kuzmanoviç isə yeni müqaviləyə imza atıb. Zamiq Əliyev, Abdulla Rzayev, İldar Ələkbərov, Semir Bukviç, Numan Kurdiç, Turan Manafov, Aksel Nqando, Tural Bayramlı, İsmail Azzaui, Məhəmməd Kadiri, Elvis Maşike, Nicat Süleymanov və Orxan Əliyev da Naxçıvan təmsilçisindən ayrılıblar.

Избранный
54
14
arena.az

10Источники