AZ

“Araz-Naxçıvan” klubu növbəti transferini reallaşdırıb

“Araz-Naxçıvan”

Bakı, 20 iyun, AZƏRTAC

“Araz-Naxçıvan” komandası növbəti transferini reallaşdırıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, Naxçıvan təmsilçisi Turan Vəlizadə ilə müqavilə imzalayıb. Yarımmüdafiəçi qarşıdakı 1 il ərzində “qırmızı-ağlar”ın heyətində yer alacaq.

23 yaşlı futbolçu “Neftçi”, “Keşlə”, “Şamaxı” və “Turan Tovuz” komandalarının formasını geyinib. O, karyerası ərzində 19 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin uğurları üçün də çalışıb.

Qeyd edək ki, heyəti komplektləşdirməyə çalışan “Araz-Naxçıvan” Kristian Avram, Vadim Abdullayev, Nunu Rodriges, İqor Ribeyro, Miço Kuzmanoviç, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli, Tərlan Əhmədli, Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovla da müqavilə bağlayıb.

Seçilən
69
21
azertag.az

10Mənbələr