RU

Qəzzada ölənlərin sayı 37 min 431-ə yüksəlib

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda can itkisi 37 min 431-ə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 4 hücum həyata keçirdiyi və bu hücumlarda daha 35 fələstinlinin həyatını itirdiyi, 130 nəfərin yaralandığı bildirilib.

Qeyd olunub ki, bununla da İsrailin Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda yaralananların sayı 85 min 653-ə yüksəlib.

Избранный
100
5
operativmm.az

10Источники