İsrail ordusunun Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 35 nəfər artaraq 37 min 431-ə çatıb.
Missiya.Az xəbər verir ki, bu barədə Qəzzada Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 4 hücum həyata keçirdiyi və bu hücumlarda 130 nəfərin yaralandığı bildirilib.
Yaralıların sayı isə 85 min 653-ə yüksəlib.
Leyla SƏMƏNDƏRMissiya.Az