RU

Qəzzada can itkisi 37 min 431-ə yüksəlib

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 35 nəfər artaraq 37 min 431-ə çatıb.

Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 258 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 4 "qırğın" həyata keçirdiyi və bu hücumlarda daha 35 fələstinlinin həyatını itirdiyi, 130 nəfərin yaralandığı bildirilib.

Qeyd olunub ki, İsrailin Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 37 min 431-ə, yaralıların sayı isə 85 min 653-ə yüksəlib.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi də bildirilib.

Избранный
104
8
aznews.az

10Источники