Sumqayıtda 53 yaşlı qadın itkin düşüb.
"Cebhe.info" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, hadisə 12-ci mikrorayonda qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1971-ci il təvəllüdlü Məlahət Oruc qızı Ağayeva yaşadığı evdən çıxaraq itkin düşüb.
Faktla bağlı polisə məlumat verilib.
"Cebhe.info"