RU

“Şəki Siti” - İkinci Liqanın ən çox azarkeşə malik komandası

“Şəki Siti” futbol üzrə Azərbaycan İkinci Liqasının 2023/2024 mövsümündə oyunlarına ən çox tamaşaçı gələn komanda olub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, İkinci Liqanın ən çox tamaşaçı toplayan oyunu 1-ci tura təsadüf edib. “Şəki Siti” ilə “Dinamo” arasında görüşdə 1100 izləyici olub. “Lerik” – “Qusar” matçında 900, “Cəbrayıl” – “Füzuli” oyununda 800 seyrçi qeydə alınıb.

İkinci Liqanın 2023/2024 mövsümünə təsadüf edən 182 oyundan 6-sı texniki nəticə ilə yekunlaşıb. Digər 176 matçı 24092 tamaşaçı izləyib. Ev oyunlarındakı orta seyrçi sayında Şəki təmsilçisi liderdir. “Ağdaş” bu göstəricidə ikincidir. İlk “üçlüy”ü “Şəmkir” qapayıb.

1Şəki Siti135950458
2Ağdaş122780232
3Şəmkir122182182
4Kürmük Qax132260174
5Lerik132100162
6Kür-Araz131945150
7Göygöl111345122
8Cəbrayıl131465113
9Şəfa1399577
10Dinamo1282068
11Baku Sportinq1381062
12Füzuli1367052
13Şahdağ Qusar1240534
14Qusar1336528
  17624092137
Избранный
70
11
arena.az

10Источники