RU

Taxıl sahələrinin neçə faizi biçilib?

Azərbaycanda taxıl sahələrində biçin işləri davam etdirilir.

Məhz ölkəmizdə əhalinin taxıl məhsulları ilə təmin edilməsində taxıl istehsalını artırmaq böyük əhəmiyyət daşıyır. İnsanların qidalanmasında, əsasən, ön sırada gələn tarla bitkilərindən biri taxıldır.

Maraqlıdır, hazırda məhsuldarlıq hansı səviyyədədir?

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Cebhe.info"-ya verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyində taxıl biçinin təşkili ilə bağlı operativ qərargah yaradılıb.

Bildirilib ki, indiyədək taxıl sahələrinin 30 faizində biçin prosesi yekunlaşıb:

"Bugünədək ölkə üzrə 303 549 hektar sahədə biçin aparılıb. Mexanizatorlar tərəfindən 303 549 hektar sahədə biçin aparılıb, sahələrdən ümumilikdə 920 344 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 30,3 sentner təşkil edir.

Ölkə üzrə arpa əkini sahələrinin 58,7 faizində, buğda sahələrinin 9,2 faizində biçin başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 29,6 sentner, buğda üzrə orta məhsuldarlıq isə 33,7 sentner təşkil edir".

Избранный
82
18
cebheinfo.az

10Источники