RU

"Leo Zirvə"yə yazılan protokola baxılacaq tarix açıqlandı

"Leo Zirvə" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Yasamal Rayon Məhkəməsinin hakimi Mirsadiq Seyidovun sədrliyi ilə iyunun 26-da baxılacaq.

 

Qeyd: Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

Xəyal Quliyev

Tarix: 20 İyun 2024, 08:06   
Избранный
125
3
pravda.az

10Источники