RU

Xırdalanda partlayış səsləri eşidildi

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "Tamstore" mağazasında yanğın olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, ərazidə yaşayanlar yanğından əvvəl partlayış səslərini eşitdiklərini qeyd ediblər.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə yerinə yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunublar və yanğın qısa zamanda söndürülüb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
97
12
milli.az

10Источники