RU

Avro-2024: Almaniya millisi növbəti qələbəsini qazanıb

Avro-2024: Almaniya millisi növbəti qələbəsini qazanıb

Futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunda növbəti oyun keçirilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, A qrupunun ilk görüşündə Almaniya və Macarıstan yığmaları üz-üzə gəlib. Matç almanların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Camal Musiala və İlkay Gündoğan vurublar.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran Almaniya millisi liderdir.

A qrupunun digər görüşündə İsveçrə Şotlandiyanı sınağa çəkəcək. Matç 23:00-da start götürəcək.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
61
11
ilk.az

10Источники