RU

Ermənistan Fransadan 36 SEZAR özüyeriyən silah alıb

Ermənistan Fransadan 36 ədəd “SEZAR” özüyeriyən artilleriya sistemi alıb.

"İki sahil” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” jurnalının direktor müavini, jurnalist Jan-Kristof Buisson “X” sosial şəbəkəsində yazıb.

“Bu silahlar yaxın 15 ay ərzində onlara çatdırılmalıdır”, - Buisson qeyd edib.

İrəvan və Parisin SEZAR özüyeriyən haubitsalarının tədarükünə dair müqavilə imzalaması faktını daha əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornu açıqlamışdı.

 

Избранный
100
26
ikisahil.az

10Источники