AZ

Ermənistanın Fransadan aldığı silahların sayı açıqlandı

Ermənistan Fransadan 36 ədəd “Caesar” özüyeriyən artilleriya sistemi alıb.

Bakupost.az “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” jurnalının direktor müavini, jurnalist Jan-Kristof Buisson “X” sosial şəbəkəsində yazıb.“Bu silahlar yaxın 15 ay ərzində onlara çatdırılmalıdır”, - Buisson qeyd edib.

İrəvan və Parisin “Caesar” özüyeriyən haubitsalarının tədarükünə dair müqavilə imzalaması faktını daha əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornu açıqlamışdı.

Qeyd edək ki, iyunun 18-də Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
21
turanpress.com

10Mənbələr