RU

Ermənistan Fransadan silahlar alıb

Ermənistan Fransadan 36 ədəd "SEZAR" özüyeriyən artilleriya sistemi alıb.

Bu barədə Fransanın "Le Figaro" jurnalının direktor müavini, jurnalist Jan-Kristof Buisson "X" sosial şəbəkəsində yazıb.

"Bu silahlar yaxın 15 ay ərzində onlara çatdırılmalıdır", - deyə Buisson qeyd edib.

Qeyd edək ki, İrəvan və Parisin SEZAR özüyeriyən haubitsalarının tədarükünə dair müqavilə imzalaması faktını daha əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornu açıqlamışdı.

Избранный
88
3
seher.media

10Источники