RU

Makron Milli Assambleyanı buraxdı

Fransa Prezidenti Emmanuel Makron, müxalifətin payızda etimadsızlıq səsverməsi keçirməsi fonunda hökuməti istefaya göndərmək məcburiyyətində qalmamaq üçün parlamentin aşağı palatası olan Milli Assambleyanı buraxmaq qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə “La Depeche” qəzeti xəbər verib.

“Bu, son 7 ildə verdiyim ən çətin qərarlardan biridir”, - deyə Makron regional nəşrlərin jurnalistləri ilə söhbətində bildirib.

Makron, təkbaşına hərəkət etmədiyini bildirsə də, nə baş nazirlə, nə də parlamentin hər iki palatasının sədri ilə məsləhətləşməyib.

Fransa dövlət başçısı bu məsələni güvəndiyi adamlarla, amma pərdə arxasında müzakirə etdiyini deyib: “Çünki belə mühüm qərarlar yalnız və mənim şəxsi məsuliyyətim altında qəbul edilir”.

Избранный
116
2
publika.az

10Источники