RU

Almaniyada gürcüstanlı və türkiyəli azarkeşlər dava edib

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda keçirilən Türkiyə - Gürcüstan matçından öncə hər iki ölkənin azarkeşləri stadionda dava salıblar.

Bakıvaxtı.az xəbər verir ki, türkiyəli azarkeşlərin olduğu hissə qapının arxasında yerləşir. Onun yanında küncdə Gürcüstan millisinin azarkeşləri var.

Bəzi azarkeşlər oturacaqlarından atılaraq əlbəyaxa davaya başlayıblar. Hər iki tərəf də bir sektordan digərinə yad əşyalar atıb.

Polisin müdaxiləsindən sonra azarkeşləri sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ilk turunda Türkiyə və Gürcüstan yığmaları üz-üzə gələcək.(report)

Избранный
95
50
bakivaxti.az

10Источники