AZ

Gürcü və Türk azarkeşlər stadionda əlbəyaxa vuruşdular, polis... - VİDEO

Almaniyanın Dortmund şəhərindəki stadionda oyun öncəsi Türkiyə və Gürcüstan millilərinin azarkeşləri arasında dava düşüb.
 
Tərəfdar qrupları arasında amansız şəkildə davam edən əlbəyaxa döyüşə Almaniya polisi müdaxilə edib.
 
Həbs edilən olmayıb. Xəsarət alanlarla da bağlı məlumat yoxdur.
 
Onu da əlavə edək ki, Avropa Çempionatı çərçivəsində keçirilən oyun 3:1 hesabı ilə Türkiyənin xeyrinə nəticələnib.

 

Seçilən
97
1
moderator.az

10Mənbələr