RU

Ermənistan və Fransa arasında hərbi-texniki əməkdaşlıq sazişi imzalandı - FOTO

Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya işgüzar səfəri çərçivəsində iyunun 17-də Ermənistan Müdafiə Nazirliyi ilə Fransanın “KNDS” hərbi-sənaye şirkəti arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Digər hərbi-texniki vasitələrlə yanaşı, "KNDS" şirkəti Ukraynaya da göndərilən "Caesar" özüyeriyən haubitsalar istehsal edir.

Bizim.Media

Избранный
146
7
bizim.media

10Источники