AZ

Fransa Ermənistana “MISTRA3”, “Sezar” və “Bastion” göndərir

Ermənistan Fransa ilə bu yaxınlardan 3 GM200 radarının alınması ilə bağlı müqavilə imzalayıb. Tribunainfo.az xəbər verir ki, bu barədə Fransa Senatının hesabatında qeyd edilir.
Həmin məlumatda bildirilir ki, bundan başqa, MISTRAL 3 zenit-raket komplekslərinin tədarükü üçün də danışıqlar aparır.
Qeyd edilir ki, indiyə qədər Fransa Ermənistana 24 “Bastion” zirehli transportyoru verib, daha 26 maşın isə yaxınlarda Ermənistana veriləcək.
Həmçinin fransızlar “Sezar” özüyeriyən artilleriya qurğularının mümkün qədər tez göndərməyə də çalışdıqlarını bildiriblər.
Qeyd edək ki, Fransa son bir ildə Ermənistanın müdafiə qabiliyyətini artırmaq üçün dəridən-qabıqadan çıxır. Göndərdiyi silahlar isə əsasən müdafiə xarakterli olub. Lakin MISTRAL 3 və “Sezar” raket-artilleriya qurğuları artıq hücum silahları hesab olunur ki, bu da Ermənistanı təkcə silahlandırmaq yox, həm də Azərbaycana qarşı revanşist hərəkətlər etməyə həvəsləndirməkdir.
Onu da bildirək ki, rəsmi Bakı bununla bağlı Ermənistana xəbərdarlıq edib. Azərbaycan tərəfi bəyan edib ki, Fransa bu addımlarını dayandırmalı, bölgədə sülhün əldə olunmasına mane olmamalıdır. İkincisi isə əgər həmin silahlardan Azərbaycana qarşı istifadə olunarsa, kəskin cavab veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
12
tribunainfo.az

10Mənbələr