RU

AVRO-2024: Rumıniya - Ukrayna matçının ən yaxşısı açıqlandı

Rumıniya millisinin yarımmüdafiəçisi və kapitanı Nikola Stanku Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda Ukrayna ilə oyunun ən yaxşı oyunçusu seçilib. Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Oyun Münhendəki “Allianz Arena”da baş tutub. Qarşılaşma Rumıniya yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Stanku 29-cu dəqiqədə Ukrayna millisinin qapıçısı Andrey Luninin səhvindən sonra uzaq məsafədən qola imza atıb. Xatırladaq ki, Avro-2024-də Rumıniya və Ukrayna yığmaları E qrupunda çıxış edir. Onların qrup mərhələsindəki rəqibləri Belçika və Slovakiya milliləridir. Stanku 2016-cı ildən Rumıniya millisində çıxış edir. O, ümumilikdə komandanın heyətində 71 oyun keçirib, 15 qol vurub və 8 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 4,5 milyon avrodur.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
85
33
matc.az

10Источники