AZ

Domeniko Tedesko: “Ukrayna millisi özünü artıq sübut edib”

Belçika millisinin baş məşqçisi Domeniko Tedesko AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Ukrayna yığması ilə qarşıdakı oyundan danışıb.

Arena.az “UA-Futbol” dərgisinə istinadən, italyan-alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Psixoloji baxımdan sabah (arıtq bü gün – redaktorun qeydi) heç də çətin olmayacaq. Biz heç-heçə yox, üç xal ardınca gedirik. Sabahkı oyunda qalib gəlmək istəyirik. Yalnız son 15 dəqiqədə hansı nəticənin bizə münasib olacağını bilə bilərik, amma fərqi yoxdur. Digər oyunda baş verənləri mütləq izləyəcəyik. Ancaq ilk növbədə özümüzə diqqət yetirməliyik.

Sabah ən yaxşı vəziyyətdə olmalıyıq. Ukrayna millisinin yaxşı komandası var, onlar bunu bu Avropa çempionatında və hazırlıq zamanı artıq sübut ediblər”, deyə Domeniko Tedesko vurğulayıb.

Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin sonuncu, 3-cü turunun “E” qrupu çərçivəsində baş tutacaq Ukrayna – Belçika oyunu bu gün, iyunun 26-da Ştutqartın “Mersedes-Bents Arena” stadionunda keçiriləcək. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.

3-cü tur ərəfəsində “E” qrupunun yarış cədvəli belə mənzərə yaradır:

  1. Rumınıya – 3 xal
  2. Belçika – 3 xal
  3. Slovakiya – 3 xal
  4. Ukrayna – 3 xal
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
33
arena.az

10Mənbələr