RU

"Putinə ultimatumlarından sonra yerini göstərdilər" - Kuleba

 
"Rusiya diktatoru sülh sammitini əngəlləməyə cəhd edib, amma buna nail ola bilməyib, biz Rusiyaya ultimatumlar dilində danışmağa imkan verməyəcəyik..."
 
Rusiya hakimi ağlasığmaz tələblər irəli sürüb
 
Rusiya diktatoru Vladimir Putin Rusiyanın adından, guya, sülhə nail olunması üçün ultimatumlar irəli sürüb və bəyanatlar zamanı bir neçə ölümcül səhvlərə yol verib.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba bəyan edib. Məlumatı "cursorinfo.co.il" nəşri yayıb.
 
Rusiya başçısının bəyanatlarında iki əsaslı yanlışlığa yol verilib. Birincisi, bu bəyanatlar ultimatumlar dilində edilməsidir, ikincisi, suveren dövlətin öz suveren ərazilərindən vaz keçməsi kimi ağlasığmaz tələbin irəli sürülməsidir, Kuleba bəyan edib.
 
Onun sözlərinə görə, Putinin son ultimatumu sülh sammitində heç bir "iştaha" oyatmayıb, çünki hamı bunun tədbir ərəfəsində "piar dalğası" yaratmaq məqsədilə edildiyini anlayır.
 
"Rusiya anlayıb ki, İsveçrə sammiti böyük və uğurlu olacaq, bunun qarşısını necəsə almaq lazımdır. Ona görə də Putinin simasında "siyasi nüvə silahı" irəli sürüb.
 
O da bizim sammiti şəxsən əngəlləməyə cəhd etməli olub. O, buna nail ola bilməyib, ona görə də onun mövqeyinə ciddi münasibət yoxdur", - nazir bəyan edib.
 
Kuleba əlavə edib ki, Ukrayna tərəfinin mövqeyi çox dəqiqdir, "biz Rusiyaya indi danışdığı ultimatumlar dilində danışmağa imkan verməyəcəyik".
 
Sülh sammiti diqqət mərkəzində - bunları bilmək lazımdır
 
İyunun 15-16-da İsveçrədə Ukrayna üzrə sülh sammiti keçirilib. Rusiya nümayəndələri tədbirə dəvət olunmayıb. 
 
Prezident Zelenski deyib ki, Rusiya sammitdə iştirak etmir, çünki Rusiya hakimiyyəti sülhdə maraqlı olsaydı, müharibə də olmazdı.
 
O, vurğulayıb ki, Vladimir Putin "ultimatumlar dilindən ədalətli sülhü arzulayan dünyanın əksəriyyətinin dilinə keçməlidir".
 
Xatırladaq ki, sülh sammiti ərəfəsində Putin Ukraynada müharinənin dayandırılması üçün ağlasığmaz şərtlər səsləndirib.
 
O cümlədən o, deyib ki, Kiyev Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindən tamamilə imtina etməlidir.
Избранный
161
50
moderator.az

10Источники