RU

Sərxan Kamallının ölüm səbəbi açıqlanıb

“Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq...”
Jurnalist Sərxan Kamallının ölüm səbəbi açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AYNA-ya verilən məlumata görə, 1983-cü il təvəllüdlü jurnalist Sərxan Kamallı iyunun 16-sı saat 6:25-də insult səbəbilə Xətai Tibb Mərkəzinin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.
"Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, iyunun 17-si saat 7:15-də beyindaxili qansızma, soltərəfli hemiplegiya, baş-beyin ödəmi, ağciyər ödəmi səbəbindən dünyasını dəyişib", - məlumatda bildirilir.

Избранный
116
19
ayna.az

10Источники