AZ

Tanınmış jurnalist Sərxan Kamallı vəfat edib

Medianın İnkişafı Agentliyi tanınmış jurnalist Sərxan Kamallının vəfatı ilə bağlı mərhumun ailəsinə başsağlığı verib.

“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist Sərxan Kamallının vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”,- mətndə deyilir.

Baku TV-nin əməkdaşı Sərxan Kamallınin vəfatı barədə tanınmış jurnalistin yaxınları bu gün sosial şəbəkədə məlumat yayıb.

Onun ötən gün insult keçirməsi səbəbindən Xətai Tibb Mərkəzinə yerləşdirildiyi, komatoz vəziyyətdə olduğu bildirilirdi.

Qeyd edək ki, Sərxan Kamallı Baku TV-nin redaktoru işləyirdi. Daha əvvəl o, bir çox media qurumlarında çalışıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
49
yeniazerbaycan.com

10Mənbələr