RU

Paşinyan nəyə və niyə güvənir?

Ermənistan Qərbə meylli siyasət yürütdüyünü vədiplomatiyasının da ABŞ, Fransa və Avropa İttifaqına yönəlmişmarşrut üzrə inkişaf etdirməyə çalışdığını nümayiş etdirir.İrəvanın belə taktikası hansı nəticələr verəbilər?

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Azərbaycanla şərtidövlət sərhəddindəki üç kənddə olub.

O, Şurnuxu kəndində inşa edilmiş 13 evin açarlarını yerlisakinlərə təqdim edib.

Daha sonra isə N.Paşinyan ampluasına sadiq qalaraq, "real vəuydurma Ermənistanla" arasındakı fərqlərdən bəhs edib, arxiyepiskopBaqratın (Vazgen Qalstanyan) əslində erməni kilsəsi, sabiqprezidentlər Robert Köçəryan və Serj Sarqsyan, habelə ermənidiasporunun marioneti olduğunu söyləyib, sonda da uşaqlara dondurmavə şokolad paylayıb.

Ermənistanda iqtidarda olan "Mülki Müqavilə" partiyasınınparlament fraksiyasının katibi Artur Hovannisyansa bu gün bəyanedib ki, ölkənin ali qanunverici orqanının növbədənkənar iclasındaiştirak etməyəcəklər.

"Müxalifətin gündəmi saxtadır və Ermənistanın dövlət maraqlarınaəsla cavab vermir. Parlamentin növbədənkənar iclası da iştirakımızolmadan baş tuta bilməz. Bəli, qanuna müvafiq olaraq çağırılacaq,amma yetərsay olmadığından baş tutmayacaq", - A.Hovvanisyandeyib.

"Mülki Müqavilə" sözünün üstündə durub və parlamentin bugünküiclasını boykot edib.

Erməni kilsəsi, sabiq prezidentlər Robert Köçəryan və SerjSarqsyanla onların başçılıq etdikləri "qarabağlılar klanı",ABŞ-Fransa-Rusiya triosundakı erməni icmasının rəhbərləri vəErmənistanda kənardan maliyyəşən kiçik müxalifət qruplarınınmüvəqqəti koalisiyasına başçılıq edən arxiyepiskop Baqrat, yaxudəsl ad və soyadı Vazgen Qalstanyan olan keşiş baş nazir postundaözünü gördüyünü deyir. Halbuki onu irəli çıxaranların real məqsədiRobert Köçəryanı hakimiyyətə gətirməkdir.

Nikol Paşinyan bunu bilir və əslində, keşiş Baqratı özünə rəqibhesab etmir.

Onun yaxın perspektivdə hədəfləri Baqratın arxasında duranqüvvələrdir.

Rusiyadakı erməni icmasının ən böyük diaspor təşkilatı olanRusiya Ermənilər İttifaqının (REİ) sədri Ara Abramyan aşkar şəkildəkeşiş Baqratı dəstəkləyib və bununla da N.Paşinyana meydanoxuyub.

İrəvandakı hakimiyyət daxili siyasi mübarizə müstəvisindədiaspor qurumlarının və müxtəlif ölkələrdəki erməni icmalarınınproseslərə kobud müdaxiləsi həmişə qıcıqla qarşılasa da, bu dəfəisteblişmentin reaksiyası daha sərt olacaq.

A.Abramyanın təsir imkanlarının minimuma endirilməsinə göstərişverilib və həmin istiqamətdə artıq ilkin addımlar da atılır.

Nikol Paşinyanın əsas məqsədi erməni kilsəsinin siyasiintriqalarına son qoymaqdır və o, malik olduğu inzibati resurslarınistisnasız olaraq hamısını işə salaraq katolikos 2-ci Qaregininmövcud hakimiyyətin devrilməsinə yönəlmiş planlarını alt-üsit etməküçün bütün gücündən istifadə edəcək.

Robert Köçəryanla Serj Sarqsyanın duetinə gəldikdə isə, onlarınhakimiyyətə qayıtmaq şansları total sıfıra bərabərdir. HazırdaErmənistanda davam edən etiraz aksiyalarında "Paşinyan - istefa!"tələbləri səslənsə də, elə həmin qışqıran ermənilərin totaləksəriyyəti Robert Köçəryanı korrupsioner, yalançı, tamahkar vəyaramaz insan hesab edirlər.

Serj Sarqsyansa ümumiyyətlə, baş nazir postuna iddialarınreallaşma ehtimalı baxımından siyasi meyitdir.

Rəsmi İrəvan müxalifətin xzəiflədilməsi və Qərbə meyllisiyasətin yürüdülməsi kimi strategiyasının səbəbi kimi ölkənintəhlükəsizliyinin təminatını göstərir.

Halbuki Azərbaycanın Ermənistana şərti dövlət sərhədinindemarkasiyası və delimitasiyası, yekun sülh müqaviləsininimzalanması, kommunikasiyaların bərpası və yeni loqistikmarşrutların istifadəyə verilməsi təki proseslər başa çatandansonra Paşinyanın iddiası məntiqi əsasını itirəcək. Ən azı ona görəki, sadalanan proseslərin uğurla məntiqi nəticəyə çatdırılmasıAzərbaycanla Ermənistan arasında normal dövlətlərarasımünasibətlərin qurulmasını ehtiva edəcək.

Bundan başqa, Cənubi Qafqaz regionunda Ermənistan üçün heç birreal təhlükə yoxdur. Azərbaycan ermənilərə qarşı yeni müharibəyəbaşlamaq niyyətində deyil. İran İrəvanın təhlükəsizliyinin qarantıolduğunu sürəkli bəyan edir. ABŞ, Fransa və Avropa İttifaqınıntəhlükəsizlik vədlərinə rəğmən, Rusiya Ermənistana qarşı sərt cəzatədbirlərinə əl atmaq fikrinin daşıyıcısı rolunu oynamır. GürcüstanErmənistan üçün heç bir potensial təhdid kəsb etmir. Türkiyəyəgəldikdə - Ankara üçün İrəvan yalnız Azərbaycan-Ermənistanproblematikası baxımından maraqlı olub.

Belədə Nikol Paşinyanın və onun komandasının MDB ölkələrininKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tərk edərəkNATO və Avropa İttifaqı ilə maksimum yaxınlaşma strategiyasınıreallaşdırmağa meylli olmaları məntiqsiz təsir bağışlayır.

Əgər Ermənistan üçün bölgədə geosiyasi, siyasi və hərbi riskləryoxdursa, Azərbaycanla münasibətlərin qismən də olsa, normallaşmasıermənilərin stabil həyatını şərtləndirirsə, Paşinyan iqtidarınınindiki xarici siyasəti, yumşaq desək, intellektual zəmindən çoxuzaqdır.

Ermənistan rəhbərliyinin qatı anti-Rusiya ritorikasınınfasiləsiz güclənməsinə və intensivləşməsinə rəğmən, İrəvandakısiyasi elitalar da etiraf edirlər ki, ölkə iqtisadiyyatı MDBdaxilində Rusiyaya çox bağlıdır və əksər sahələrdə, hətta Rusiyadantam asılıdır. Mövcud şəraitdə İrəvanın Moskva ilə təmaslarıminimallaşdırması və aşkar şəkildə Qərbə üz tutması faktiki mümkündeyil. İqtisadiyyat Rusiyanın hesabına iflasa uğramırsa, təbiiqazdan və yanacaqdan tutmuş, ərzağadək ucuz qiymətə Rusiyadanalınırsa, Qərbə doğru addımlayaraq geridə qəzəbli Rusiyanı qoymaqabsurd qərar təsiri bağışlayır.

Nikol Paşinyan və onun komandası hələ də ermənilərə Qərbləyaxınlaşmanın, xüsusilə də Fransa və Avropa İttifaqı ilə sözdə olsada, sıx əməkdaşlığın olmasının ölkəyə konkret hansı faydalarverdiyini deyə bilmirlər.

Çətindir, çünki bu faydalar əslində yoxdur.

Təsəvvür edək ki, Ermənistan əvvəlcə KTMT-ni, daha sonraAvrasiya İqtisadi Birliyini və Avrasiya Gömrük İttifaqını tərkedir, Rusiyadan çox ucuz qiymətə mal və məhsul almaq imkanlarınıitirir, əvəzində Avropa İttifaqına üzvlüyə namizəd ölkə statusunuqazanır.

İrəvan belədə nəyi itirəcək, nəyi qazanacaq?

Ermənistan məhsullarını satmaq, yəni ixrac etmək üçünbazarlardan, ucuz qiymətə idxal etdiyi təbii qazdan, neftdən,yanacaq-sürtkü materiallarından, urandan və s. mədhrum olacaq,bölgə ölkələri ilə münasibətləri gərginləşəcək, Rusiyanın cavabreaksiyasını gözləmək məcburiyyətində qalacaq.

Əvəzində silahlı qüvvələrini ABŞ, Fransa və Avropa İttifaqındanalacaq köhnə, müasir tələblərdən uzaq silahlarla və hərbi texnikailə təmin edəcək, ordusunu NATO standartlarına keçirməyəbaşlayacaq, Qərbdən güzəştli kreditlər və qrantlar alacaq.

Hamısı bu.

Göründüyü kimi, Ermənistanın itkiləri əldə edə biləcək illüzorgəlirlərdən dəfələrlə çox olacaq və Nikol Paşinyan baş nazirpostuna yiyələndiyi 2018-ci ildən bəri ən ağır risklərləüzləşəcək.

İrəvandakı siyasi elitaların və hakimiyyətin həmin çağırışlarınöhdəsindən gəlmək bacarıqları isə məlum olduğu kimi, yoxdur.

Müxalifətin etiraz aksiyalarının kinetik enerjisinin azlığına vəsosial bazanın zəifliyinə güvənərək əmin davranan Paşinyan kənarrisklərlə qarşılaşanda nə edəcək - bilinmir.

İrəvandakı hakimiyyət heç olmasa, bunu düşünməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
89
50
az.trend.az

10Источники