AZ

"Xalqa nə cavab verəcəyimi bilmirəm..." - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqına (Aİ) daxil olmaq üçün referendumun keçirilməsini məqsədəuyğun hesab etmir.

Gundem.az bildirir ki, bu barədə erməni mediası məlumat yayıb. 

O, bunun üçün referendumun keçirilməsinin yersiz olduğunu deyib:

“Bizə deyirlər ki, xalqın Aİ-yə üzv olmaq ideyasını dəstəklədiyini göstərmək üçün referendum keçirməliyik. Özüm də bəyan etmişəm ki, Ermənistan Aİ-nin mümkün hesab etdiyi qədər quruma yaxın olmağa hazırdır. Əgər düşünsəm ki, Ermənistan xalqı bu fikirdə deyil, belə bir bəyanatla çıxış etməzdim. Referendum keçirsək, təbliğat aparmalıyıq. Belə olan halda insanlar Aİ-nin bizi qəbul etməyə hazır olub-olmadığını soruşacaqlar. Mən bu suala cavab verə bilmərəm, çünki Aİ daxilində də proseslər gedir”, - Paşinyan qeyd edib.  (Sfera.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
50
gundem.az

10Mənbələr