RU

Jurnalist 20 il həbs oluna bilər - proses başlayır

Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq ABŞ-a casusluqda ittiham edilən amerikalı jurnalist Evan Gerşkoviçin məhkəməsi qapalı keçiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Məlumata görə, məhkəmə iyunun 26-da baş tutacaq. Rusiya Gerşkoviçin “cinayət başında” tutulduğunu əsas gətirərək, 20 il həbsini istəyir. Qeyd edək ki, Amerikanın “Voll Strit Jurnal” qəzetinin jurnalisti Evan Gerşkoviç Sovet mühacirlərindən birinin ailəsində doğulub. Nyu-Cersidə böyüyən Gerşkoviç rus dilini mükəmməl bilir. O, 2017-ci ilin sonlarında ingilisdilli “Moskva Tayms” qəzeti ilə əməkdaşlıq etmək üçün Moskvaya köçüb. Jurnalist 2023-cü ilin martında Yekaterinburqda casusluq ittihamı ilə saxlanılıb.

Ağ Ev ittihamları “gülünc”, amerikalı jurnalistin həbsini isə “tamamilə qanunsuz” adlandırıb.

Избранный
93
4
buta.tv

5Источники