Bakının Sabunçu rayonunda dava zamanı yaşlı kişi bıçaqlanıb.Manset.az Apa-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. 1965-ci il təvəllüdlü Elxan Adil oğlu Kərimov yaşağı evin yaxınlığında naməlum şəxs tərəfindən mübahisə zəmnində bıçaqlanıb.
Yaralı döş qəfəsinin və kürəyinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.