“Rusiya, Çin və Şimali Koreyanın nüvə silahına malik olduğu və NATO-nun olmadığı dünya təhlükəli dünyadır”
NATO-ya üzv ölkələr nüvə silahının hazır vəziyyətə gətirilməsi ilə bağlı məsləhətləşmələrə başlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Mən nə qədər nüvə başlığının işlək olması və onların necə saxlanması barədə əməliyyat təfərrüatlarını açıqlamayacam. Bu məsələlərlə bağlı məsləhətləşmələr aparırıq”, - deyə baş katib vurğulayıb.
Stoltenberqin sözlərinə görə, NATO nüvə silahı olmayan dünya istəyir: “Nüvə silahı olduğu müddətdə biz nüvə ittifaqı olaraq qalacağıq. Çünki Rusiya, Çin və Şimali Koreyanın nüvə silahına malik olduğu və NATO-nun olmadığı dünya təhlükəli dünyadır”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта