AZ

NATO nüvə silahını hazır vəziyyətə gətirir

NATO-ya üzv ölkələr nüvə silahının hazır vəziyyətə salınması zərurəti ilə bağlı məsləhətləşmələrə başlayıb.

“Cebhe.info” xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Telegraph” qəzetinə müsahibəsində Alyansın baş katibi Yens Stoltenberq bildirib.

“Mən neçə nüvə başlığının işlək olması və onların necə saxlanması barədə əməliyyat təfərrüatlarına varmayacağam, lakin bu məsələlərlə bağlı məsləhətləşməliyik. Biz məhz belə edirik”, - deyə o bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı şəffaflıq NATO-nun “nüvə ittifaqı” olduğuna dair aydın mesaj göndərməyə kömək edir.

“NATO-nun məqsədi nüvə silahı olmayan bir dünyaya sahib olmaqdır, lakin nüvə silahı olduğu müddətdə biz nüvə ittifaqı olaraq qalacağıq, çünki Rusiya, Çin və Şimali Koreyanın nüvə silahına malik olduğu və NATO-nun olmadığı dünya təhlükəli dünyadır”,- Stoltenberq qeyd edib.

O qeyd edib ki, müasir silahların yaradılmasına böyük sərmayələr yatıran və 2030-cu ilə qədər nüvə başlıqlarının sayını 1 minə çatdırmaq niyyətində olan Çindən xüsusilə narahatdır. “Bu o deməkdir ki, yaxın gələcəkdə NATO əvvəllər görünməmiş vəziyyətlə - Çin və Rusiyanın simasında iki potensial nüvə düşməni ilə üzləşə bilər. Bu, nəticələrə gətirib çıxaracaq”, - baş katib hesab edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
8
cebheinfo.az

10Mənbələr