![](https://sportnet.az/uploads/posts/2024-06/medium/1718603093_2181e0d8-0aa9-39e6-84cd-511cd294f49d_850.jpg)
"Bavariya" klubunda çıxış edən Harri Keyn İngiltərə millisinin tarixinə düşüb.
Sportnet.az "Opta Sports"a istinadən xəbər verir ki, hücumçu buna Almaniyada keçirilən Avropa çempionatının I turunda Serbiya komandası ilə görüşdə meydana çıxmaqla nail olub.
Forvard yığmada dünya və Avropa çempionatlarında ən çox matça çıxan oyunçudur. Əsas turnirlərdə 23-cü qarşılaşmasını keçirən Keyn bu göstəricidə Eşli Koulu geridə qoyub.
Qeyd edək ki, İngiltərə Serbiyanı minimal hesabla üstələyib - 1:0. AVRO-2024 iyulun 14-də başa çatacaq.